Millimizin keçmiş üzvü iki klubla danışıqlar aparır – ÖZƏL

Millimizin keçmiş üzvü iki klubla danışıqlar aparır – ÖZƏL

Hazırda oxunan: Millimizin keçmiş üzvü iki klubla danışıqlar aparır – ÖZƏL
258813
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən mövsümü “Neftçi”də keçirən Höccət Haqverdi komandadan ayrılıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, iranlı futbolçunun ölkəmizi tərk edəcəyi gözlənilsə də, bu baş verməyib.

Çünki mərkəz müdafiəçisinə yerli klublar maraq göstərir.

Bunlardan biri Höccətin keçmiş klubu “Sumqayıt”dır. Futbolçunu yaxından tanıyan və onu Azərbaycana gətirən “Sumqayıt”ın prezidenti Riad Rəfiyev müdafiəçini yenidən “kimyaçılar”ın heyətinə cəlb etmək istəyir.

Höccət Haqverdini transfer etmək istəyən digər klub isə “İmişli”dir. Premyer Liqanın debütantı müdafiə xəttini gücləndirmək üçün təcrübəli futbolçuya ehtiyac duyur. Hazırda hər iki klubla danışıqları davam etdirən təcrübəli futbolçu yaxın günlərdə qərarını açıqlayacaq.

Qeyd edək ki, ölkəmizə 2021-ci ildə gələn Höccət Haqverdi “Sumqayıt” və “Neftçi”də çıxış edib. O, bir müddət Təbrizin “Traktor” klubunda icarədə olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO