Klublararası Dünya Çempionatı: "Yuventus" ikinci qələbəsini qazandı - VİDEO

Klublararası Dünya Çempionatı: "Yuventus" ikinci qələbəsini qazandı - VİDEO

Hazırda oxunan: Klublararası Dünya Çempionatı: "Yuventus" ikinci qələbəsini qazandı - VİDEO
256114
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-da keçirilən 2025-ci il FIFA Klublar Dünya Çempionatının qrup mərhələsi davam edir.

Bizim.Media xəbər verir ki, turnirin ilkin mərhələsində mübarizə hərəsində dörd komanda olmaqla 8 qrupda aparılır.

G qrupunun ikinci turu çərçivəsində İtaliyanın "Yuventus" klubu mundiala məğlubiyyətlə başlayan Mərakeş təmsilçisi "Vidad"a 4:1 hesabı ilə qalib gəlib.

"Yuventus"un heyətində Kənan Yıldız (16 və 69-cu dəqiqələr) və Duşan Vlahoviç (90+4-cü dəqiqə) fərqləniblər. Oyunun 6-cı dəqiqəsində "Vidad"ın oyunçusu Abdelmunaim Butuil avtoqola imza atıb. Mərakeş klubunun yeganə qolunu isə 25-ci dəqiqədə Zembinkosi Lorx vurub.

Günün növbəti qarşılaşmasında H qrupunda bir xalı olan "Real Madrid", ilk oyununda məğlub olan Meksikanın "Paçuka" klubu ilə üz-üzə gələcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO