Kitabının imza gününü təşkil edən amerikalı yazıçı Caytlyn Brookenin tədbirinə heç kimin gəlməməsi sosial şəbəkədə hiddətə səbəb olub.
Bizim.Media xəbər verir ki, o, sosial şəbəkədə trend mövzusuna çevrilib.
Belə ki, yeni kitabının təqdimat mərasimini və kitabın imza gününü təşkil edən Brooke tədbirə bir nəfərin belə gəlmədiyini görüb və şəxsi X (əvvəlki Twitter) hesabında bir yazı paylaşıb.
Tədbirə heç kimin gəlməməsindən çox təəssüfləndiyini deyən Brooke bu sözləri yazıb:
"Kitabımın təqdimat mərasiminə heç kim gəlmədi. Bilirəm ki, bəzən bu ola bilər və duyğularımı idarə etmək üçün çox çalışıram, amma bu saata qədər heç bir səbəb olmadan açıq qalan kitab mağazası üçün çox pis hiss edirəm".
Kitab mağazasının içindən çəkilmiş selfisini paylaşan gənc qadın paylaşım rekordu qıraraq sosial mediada trend mövzusuna çevrilib.
Gənc qadının paylaşımını 15 milyondan çox sosial şəbəkə istifadəçisi görüb, minlərlə şərh və bəyənmə gəlib. Bir çox sosial media istifadəçisi gənc qadına dəstək versə də, bəzi yazarlar oxşar vəziyyətlə qarşılaşdıqlarını bildiriblər.
Bir çox yazar, oxucu və sosial şəbəkə istifadəçisi bu vəziyyətin uğursuz olmadığını bildirib.
Bizim.Media