“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün bayram tədbiri təşkil ediblər - FOTO

“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün bayram tədbiri təşkil ediblər - FOTO

Hazırda oxunan: “McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün bayram tədbiri təşkil ediblər - FOTO
252983
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“McDonald’s Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondu 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bayram tədbiri keçiriblər.
 

Bu gün bütün dünyada böyüməkdə olan nəslin daim qayğıya, diqqətə və dəstəyə ehtiyacı olduğuna xatırlatma olaraq qeyd olunur.


Şüvəlan qəsəbəsində yerləşən “McDonald’s” restoranında təşkil olunmuş xeyriyyə tədbirində şəhid ailələrindən olan 50-dən çox uşaq iştirak edib.

Bayram proqramı naharla başlayıb. Ardınca uşaqlara inkişafetdirici və intellektual stolüstü oyunlar hədiyyə olunub.

Tədbir “McDonald’s” Azərbaycan ilə Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.

Sənəd korporativ sosial məsuliyyət layihələrinin icrasına yönəlib və 44 günlük Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladlarını dəstəkləyən bir çox birgə təşəbbüslərin əsasını təşkil edir.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO