Lerikdə avtomobil dərəyə aşdı - Sürücü xəsarət aldı

Lerikdə avtomobil dərəyə aşdı - Sürücü xəsarət aldı

Hazırda oxunan: Lerikdə avtomobil dərəyə aşdı - Sürücü xəsarət aldı

252558

Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Lerik rayonunun Piran-Veri yolunda qeydə alınıb.

Veri kənd sakini, 1998-ci il təvəllüdlü Möhlət Səxavət oğlu Şahverdizadə idarə etdiyi "Niva Chevrolet" markalı avtomobillə hərəkətdə olarkən sükanı itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.
 

Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıya zəruri ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.


Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO