“Sabah”ın futbolçusu milli komandaya ÇAĞIRILDI

“Sabah”ın futbolçusu milli komandaya ÇAĞIRILDI

Hazırda oxunan: “Sabah”ın futbolçusu milli komandaya ÇAĞIRILDI

249548

"Sabah"ın futbolçusu Con İrazabal Malayziya millisində debüt edə bilər.

Bizim.Media xəbər verir ki, Asiya yığmasının baş məşqçisi Pyotr Çklamovski 28 yaşlı ispaniyalını qarşıdakı toplanışa dəvət etməyi planlaşdırır.

Malayziyalılıar hazırlıq çərçivəsində mayın 29-da və iyunun 3-də Kabo-Verde ilə iki yoldaşlıq oyunu keçirəcəklər. Conun ölkə yığmasında daha gec qoşulacağı gözlənilir. Mayın 31-də “Sabah” Azərbaycan Kubokunun finalında “Qarabağ”la qarşılaşacaq.

Malayziya millisinin yoxlama oyunları FIFA-nın beynəlxalq pəncərəsinə düşmədiyi üçün İrazabalın ilk yoldaşlıq oyununda iştirak etməyəcəyi dəqiqdir. Amma onun Kuala-Lumpurda baş tutacaq ikinci oyunda iştirakı ehtimal olunur.

Qeyd edək ki, Malayziya iyunun 10-da Asiya Kubokunun seçmə mərhələsində Vyetnama qarşı olacaq və İrazabal komandada ilk rəsmi görüşünü keçirə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO