Təyyarə yaşayış binalarının üzərinə DÜŞDÜ

Təyyarə yaşayış binalarının üzərinə DÜŞDÜ

Hazırda oxunan: Təyyarə yaşayış binalarının üzərinə DÜŞDÜ

247492

ABŞ-ın Kaliforniya ştatının Simi-Velli şəhərində təyyarə Vud-Ranç ərazisindəki yaşayış binalarının üzərinə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan “Vans RV-10” şəxsi mülkiyyətdədir və əldəqayırma hissələrdən yığılıb. Hadisə nəticəsində iki evə ziyan dəyib, yanğın başlayıb.

Federal Aviasiya Administrasiyasının məlumatına görə, təyyarənin yeganə sərnişini şəxsiyyəti hələ məlum olmayan pilotdur. Hadisə yerinə 40-a yaxın yanğınsöndürən göndərilib. Ventura dairəsinin Yanğınsöndürmə Xidmətinin İctimai İnformasiya əməkdaşı Endryu Daud bildirib ki, evlərin içərisində heç kim xəsarət almayıb.

Federal Aviasiya Administrasiyası (FAA) bildirib ki, təyyarə Lankasterdəki Uilyam J.Foks aerodromundan havaya qalxıb və Kamarilyo hava limanına istiqamət alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO