“İranın Zəngəzur dəhlizinin açılmasına maneçilik törədə biləcəyinə inanmıram”.
Bizim.Media xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri önəmlidir, çünki qonşuluq siyasəti həm Azərbaycan, həm də İran üçün vacibdir:
“Mən belə başa düşdüm ki, səfər çərçivəsində əsasən iqtisadi məsələlər, o cümlədən nəqliyyat və dəhlizlər müzakirə olunub. Araz dəhlizinin Zəngəzur dəhlizinə maneə törədəcəyinə inanmıram. Çünki artıq Azərbaycan və Ermənistan demək olar razılaşıblar ki, Zəngəzur dəhlizi birbaşa iki tərəfin mövzusudur, üçüncü ölkələrə aid deyil.
Hətta, Ermənistan Rusiyanın belə bu müzakirələrə qoşulmasını istəmir. Mən daha öncə də demişəm ki, Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqların mövzusu olacaq. İnanmıram ki, İran hansısa şəkildə maneçilik törədə bilər”.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
14:21 / 30.04.2025
Elmar Məmmədyarov: “İranın Zəngəzur dəhlizinin açılmasına maneçilik törədə biləcəyinə inanmıram”
Hazırda oxunan: Elmar Məmmədyarov: “İranın Zəngəzur dəhlizinin açılmasına maneçilik törədə biləcəyinə inanmıram”
Hazırda oxunan: Elmar Məmmədyarov: “İranın Zəngəzur dəhlizinin açılmasına maneçilik törədə biləcəyinə inanmıram”
246872
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.