Kürdəmirdə ağır qəza: 2 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə ağır qəza: 2 nəfər xəstəxanalıq oldu - FOTO

Hazırda oxunan: Kürdəmirdə ağır qəza: 2 nəfər xəstəxanalıq oldu - FOTO

246328

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Şıxımlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Ruslan Mustafayevin idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.
 

Nəticədə avtomobil yoldan şıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişinlər sürücünün oğlu 14 yaşlı Vidadi Mustafayev və 37 yaşlı Sahil Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.


Hazırda faktla bağlı araşdırma aparılır.






Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO