Tramp administrasiyası məhkəməyə verildi

Tramp administrasiyası məhkəməyə verildi

Hazırda oxunan: Tramp administrasiyası məhkəməyə verildi
240964
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müəllimlərin və hüquq müdafiəçilərinin həmkarlar ittifaqları, o cümlədən Rəngli İnsanların İrəliləyişinə Yardım üzrə Milli Assosiasiya (NAACP) ABŞ Prezidenti Donald Trampın administrasiyasını məhkəməyə verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

İddia D.Trampın ölkənin Təhsil Nazirliyini ləğv etmək planları ilə bağlıdır. Tramp bu barədə fərmanı martın 20-də imzalayıb. Layihəyə əsasən, qurumun səlahiyyətləri ştatların idarəçiliyinə veriləcək.
 

İddia Merilendin Federal dairə məhkəməsinə təqdim edilib. Orada qeyd olunub ki, Konqres departamentə təhsilin imkanlarını və keyfiyyətini artırmağı tapşırıb.


"Konqresin Nazirliyə verdiyi aydın göstərişlərə baxmayaraq, Tramp administrasiyası bu həyati vacib qurumu bağlamaq niyyətini dəfələrlə ən aydın şəkildə bəyan edib", - “Reuters” həmkarlar ittifaqlarının bəyanatını sitat gətirib.

Onların fikrincə, Prezidentin Təhsil Nazirliyini bağlamaq addımı "konstitusiyaya ziddir və Konqresin direktivlərini pozur".

Təhsil Nazirliyinin ləğvi haqqında qərarı D.Tramp dövlət xərclərinin azaldılması proqramı çərçivəsində qəbul edib. Bu, onun nazirlik səviyyəsində qurumu bağlamaq üçün ilk cəhdidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO