Kiyevdən Ağ Evə daha BİR ŞƏRT – “Sazişi bu halda imzalaya bilərik”

Kiyevdən Ağ Evə daha BİR ŞƏRT – “Sazişi bu halda imzalaya bilərik”

Hazırda oxunan: Kiyevdən Ağ Evə daha BİR ŞƏRT – “Sazişi bu halda imzalaya bilərik”
240948
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ukrayna mineral ehtiyatlar üzrə sazişin yalnız fevralın sonunda hazırlanmış variantını atom elektrik stansiyası ilə bağlı yeni əlavələr olmadan imzalaya bilər”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Vladimir Zelenskinin ofisinin müşaviri Sergiy Leşşenko məlumat verib.

“Biz müqaviləni genişləndirmək istəyini gördük. Hələlik genişləndirilmiş variant bizə gəlməyib, yalnız Nazirlər Kabinetindən keçən variant var. Həmin sənəd imzaya hazırdır. Bu, imzalanmaq üçün Ağ Evə gedən versiyadır.

Başqa versiya varsa, o da Nazirlər Kabinetinə göndərilməli, səsə qoyulmalı və sonra imzalanmağa hazır olmalıdır. Bu gündən etibarən, əgər məsləhətləşmələr aparılırsa, onlar texniki xarakter daşıyır və siyasi razılıq əldə olunmur ” .

Müqavilənin necə genişləndirilməsinin təklif olunduğu ilə bağlı sualı cavablandıran Leşşenko ABŞ-ın Ukrayna nüvə stansiyalarına nəzarətlə bağlı bəyanatlarına işarə edib.

"Hazırda bu müddəalar müqaviləyə daxil edilməyib" dedi.

Xatırladaq ki, dünən ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ administrasiyası və Ukrayna hakimiyyəti nadir torpaq elementləri ilə bağlı saziş üzərində işi demək olar ki, başa çatdırıb və tezliklə onu imzalayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO