Lavrov: “Zelenskinin sözlərini təminat kimi qəbul edə bilmərik” – VİDEO

Lavrov: “Zelenskinin sözlərini təminat kimi qəbul edə bilmərik” – VİDEO

Hazırda oxunan: Lavrov: “Zelenskinin sözlərini təminat kimi qəbul edə bilmərik” – VİDEO
240933
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Rusiya Qara dəniz təşəbbüsü ilə bağlı bütün tələbləri qəbul edib, lakin Kiyev son anda fikrini dəyişib”.

Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası ilə ABŞ arasında Ər-Riyadda aparılan danışıqlar zamanı Qara dənizdə “təhlükəsiz gəmiçilik” məsələləri müzakirə olunub.

Rusiya Xarici İşlər Nazirliyinin başçısı bəyan edib ki, Moskva Qara dəniz təşəbbüsünün bərpasını dəstəkləyir, lakin hamı üçün daha məqbul formada.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti ABŞ-a Qara dəniz ətrafında təkliflərlə bağlı hazırki duruma dözməyəcəyini açıqlayıb. O, Rusiyanın Zelenskinin sözlərinə qəbul etmədiyini və ölkəsinin aydın təminatlara ehtiyac duyacağını vurğulayıb.

Lavrov həmçinin bildirib ki, Rusiya Qərbin oyunlarından əziyyət çəkən Afrika, qlobal Cənub və Şərq ölkələrinin ərzaq təhlükəsizliyinə görə narahatdır.

“ABŞ Rusiya Federasiyasının zəmanətlərlə bağlı siqnalını diqqətə aldı. Ağ Ev başa düşür ki, Kiyevin terror hücumlarının dayandırılması məsələsində yalnız onlar müsbət nəticə əldə edə bilər”, - o əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO