Roma Papasından ÇAĞIRIŞ: "Yer kürəsini tərksilah edək"

Roma Papasından ÇAĞIRIŞ: "Yer kürəsini tərksilah edək"

Hazırda oxunan: Roma Papasından ÇAĞIRIŞ: "Yer kürəsini tərksilah edək"
239931
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Müharibə absurddur, gəlin Yer kürəsini tərksilah edək”.

Bizim.Media xəbər verir ki, bunu İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk deyib.

Xəstəxanada müalicəsi davam edən pontifik sülh və tərksilah çağırışını yeniləyib: “Biz sözləri, zehni və Yer kürəsini tərksilah etməliyik. Müharibə yalnız icmaları və ətraf mühiti məhv edir.

Münaqişələrin həlli yollarını təklif etmədən diplomatiyanın və beynəlxalq təşkilatların yeni həyat və etibarlılığa ehtiyacı var”.

Müqəddəs Taxt-Tacın mətbuat xidməti Roma Papasının səhhətinin yaxşılaşmağa davam etdiyini açıqlayıb.

Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO