"Akkord”un şirkəti MÜFLİS OLDU

"Akkord”un şirkəti MÜFLİS OLDU

Hazırda oxunan: "Akkord”un şirkəti MÜFLİS OLDU
239260
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Akkord”un törəmə şirkəti olan "Akkord Hidrotexnikal Construction Company” MMC müflis olur.

Bizim.Media xəbər verir ki, bu barədə “iqtisadiyyat.az” şirkətə istinadən məlumat yayıb.
 

Mehdiyev Tehran Şahverdi oğlu tərəfindən "Akkord Hidrotexnikal Construction Company” MMC-nin müflis elan olunması, aktivlərinin müyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb.


Məlumat üçün bildirək ki, şirkətin həm də dövlət qarşısında külli miqdarda vergi borcu vardır.

Belə ki, MMC-nin vergi borcunun məbləği 1 201 477,75 manat təşkil edir.

Xatırladaq ki, "Akkord Hydrotechnical Construction Company” 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 1274541.46 manat, qanuni təmsilçisi isə Şahir Şirinovdur. Şirkətin əsas fəaliyyət dairəsinə su və kanalizasiya sistemlərinin çəkilməsi, içməli və çirkab su təmizləyici qurğuların, inzibati binaların, su anbarlarının və yardımçı binaların tikilməsi daxildir.

Qeyd edək ki, "Akkord” şirkətlər qrupunun sabiq baş prokuror Zakir Qaralova məxsus olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO