Ağ Evdən TƏKZİB: “Ukraynalıların qaçqın statusu ləğv edilməyəcək” – FOTO

Ağ Evdən TƏKZİB: “Ukraynalıların qaçqın statusu ləğv edilməyəcək” – FOTO

Hazırda oxunan: Ağ Evdən TƏKZİB: “Ukraynalıların qaçqın statusu ləğv edilməyəcək” – FOTO
238090
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağ Ev ABŞ-dakı 240 min ukraynalının müvəqqəti qaçqın statusundan məhrum edilə biləcəyi ilə bağlı xəbərləri təkzib edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” hesabında məlumat verib.

“Bu, nə danışdıqlarını bilməyən anonim mənbələrə əsaslanan “Reuters”in növbəti saxta xəbəridir. Həqiqət budur: hazırda heç bir qərar verilməyib”, - deyə Livitt qeyd edib.

Xatırladaq ki, “Reuters” xəbər agentliyi martın 6-da ABŞ Prezidenti Donald Trampın administrasiyasının Rusiya-Ukrayna münaqişəsi başladıqdan sonra Birləşmiş Ştatlara gedən 240 minə yaxın ukraynalının müvəqqəti qaçqın statusundan məhrum edə biləcəyi ilə bağlı xəbər yayıb.

Ağ Evdən TƏKZİB: “Ukraynalıların qaçqın statusu ləğv edilməyəcək” – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO