Azərbaycan Qran-prisinin açılış mərasimi keçirildi - VİDEO

Azərbaycan Qran-prisinin açılış mərasimi keçirildi - VİDEO

Hazırda oxunan: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirildi - VİDEO
23732
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi olub.

Bizim.Media xəbər verir ki, ilk olaraq pilotların təqdimatı gerçəkləşib.

Tədbir bir dəqiqəlik sükutla başlayıb. Bu, "Mclaren"in əsas səhmdarlarından biri Mansur Odjey və Beynəlxalq Avtomobil Federasiyasının keçmiş prezidenti Maxs Moslinin ölümü ilə əlaqədardır.
 

MÖVZU İLƏ BAĞLI:

“Formula-1” start götürdü


Sürücülərin təqdimatından sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə Azərbaycanda keçirilən beşinci yarışın konsepsiyası vurğulanıb. Digər konsepsiya multikulturalizm və tolerantlıq ideyasına əsaslanıb. Himn Vətən müharibəsi qazisi Atəş Qarayev və Səbinə Babayeva tərəfindən səsləndirilib.

Trek üzərində dayanan müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan bayrağı tutub.

Onlar Bakıda keçirilən beşinci "Formula 1" yarışını simvolizə edən və barış işarəsini əks etdirən "V" formasında dayanıblar.

Mərasim üçün hazırlanan himnin xüsusi versiyası Azərbaycan bəstəkarı və musiqi prodüseri Azad Vəliyev tərəfindən hazırlanıb. Azərbaycan Respublikasının Dövlət Himninin bu tərtibatı Konstitusiya ilə dəqiq müəyyənləşdirilmiş formada təqdim olunub.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi saat 16:00-da start götürəcək. Yarış koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO