Azərbaycanda ödəniş əməliyyatlarının həcmi AÇIQLANDI

Azərbaycanda ödəniş əməliyyatlarının həcmi AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda ödəniş əməliyyatlarının həcmi AÇIQLANDI
234752
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən il Azərbaycanda elektron pul və ödəniş təşkilatları vasitəsilə həyata keçirilən ödəniş əməliyyatlarının ümumi həcmi 60,5 milyard manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş xidmətləri və ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev Azərbaycan Maliyyə Forumunda məlumat verib.
 

Onun sözlərinə görə, bu məbləğin 18,554 milyard manatı ödəniş əməliyyatlarının ekvayrinqi, 15,218 milyard manatı ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətləri, 12,236 milyard manatı kredit köçürmələri, birbaşa debetləşmə, ödəniş kartları və digər oxşar ödəniş alətləri ilə həyata keçirilən əməliyyatlar, 9,172 milyard manatı elektron pulun emissiyası və elektron pulla aparılan ödəniş əməliyyatları, 5,2 milyard manatı isə ödəniş hesabları üzrə nağd vəsaitlərin mədaxili və məxarici əməliyyatlarına aid olub.


X. Tağıyev bildirib ki, hazırda Azərbaycanda 15 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 ödəniş sistemi operatoru lisenziyaya malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO