Almaniyada film kimi OLAY: Ekskavator oğurlayan şəxs şəhərdə xaos yaratdı - VİDEO

Almaniyada film kimi OLAY: Ekskavator oğurlayan şəxs şəhərdə xaos yaratdı - VİDEO

Hazırda oxunan: Almaniyada film kimi OLAY: Ekskavator oğurlayan şəxs şəhərdə xaos yaratdı - VİDEO
227995
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın Baden-Vyurtemberq əyalətində ekskavator oğurlayan və polis əməkdaşını yaralayan şəxs zərərsizləşdirilib.

Bizim.Media "Bild" nəşrinə istinadən xəbər verir ki, Main-Tauber bölgəsində bir şəxs ekskavatoru oğurlayıb və Grünsfelddən Tauberbischofsheim şəhərinə qədər idarə edib.

Yol boyu o, polis patrul avtomobillərinə və digər nəqliyyat vasitələrinə ciddi ziyan vurub. Hadisə zamanı bir qadın polis əməkdaşı yaralanıb.
 

Polis oğrunu yalnız Tauberbischofsheim şəhərində zərərsizləşdirə bilib. Ekskavatoru dayandırmaq mümkün olmadığı üçün hüquq-mühafizə orqanları odlu silahdan istifadə etmək məcburiyyətində qalıb. 


Nəticədə həmin şəxs aldığı güllə yarasından həyatını itirib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO