24 gün əvvəl minaya düşən hərbçi müalicədən sonra evlərinə qayıtdı - VİDEO

24 gün əvvəl minaya düşən hərbçi müalicədən sonra evlərinə qayıtdı - VİDEO

Hazırda oxunan: 24 gün əvvəl minaya düşən hərbçi müalicədən sonra evlərinə qayıtdı - VİDEO

223890

24 gün əvvəl Goranboyun Gülüstan kəndi ərazisində minaya düşərək yaralanan Qədim İbrahimov müalicəsinin bir hissəsini başa vuraraq öz doğma yurduna - Tatarlı kəndinə qayıdıb.

Bizim.Media xəbər verir ki, 10 ildən artıqdır hərbçi kimi xidmət edən Q.İbrahimov hadisə ilə bağlı Baku TV-yə danışıb:


"Düşmənin basdırdığı piyada əleyhinə minaya düşdüm. Anidən partlayış oldu. Evdə üç veteran var idi. İndi isə iki veteran, bir qazi var".

Vətənpərvər ailədə böyüdüyünü deyən Qədimin atası Birinci Qarabağ müharibəsi iştirakçısı olub, böyük qardaşı isə hazırda hərbçidir.

Qeyd edək ki, Qədim İbrahimov Aprel döyüşləri, Vətən müharibəsi və Antiterror tədbirlərində iştirak edib, bir neçə medal və fəxri fərmanla təltif olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO