
- A-
- A
- A+
İdman
11:48 / 01.08.2024
1 dəq oxunma
Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü yerdədir
Hazırda oxunan: Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü yerdədir
204566
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 23-cü pillədə qərarlaşıb.
Bizim.Media xəbər verir ki, hələlik komandanın aktivində bir qızıl mükafat var.
Cüdoçu Hidayət Heydərov (73 kq) iyulun 29-da olimpiya çempionu adını qazanıb. Ölkəmizlə birlikdə Argentina, Sloveniya, Serbiya və Özbəkistan da bir qızıl medalla 23-cüdür.
Qardaş ölkə Türkiyə (1 gümüş, 1 bürünc) 32-ci, Gürcüstan isə 14-cü (1 qızıl, 1 gümüş) sıradadır. İlk "üçlük"də Çin (9 qızıl, 7 gümüş, 3 bürünc), Fransa (8 qızıl, 10 gümüş, 8 bürünc) və Yaponiya (8 qızıl, 3 gümüş, 8 bürünc) yer alıblar. Hələlik 47 ölkə mükafat əldə edə bilib. Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




























































































