“Neftçi” “Sabah”ın qapıçısını transfer edir

“Neftçi” “Sabah”ın qapıçısını transfer edir

Hazırda oxunan: “Neftçi” “Sabah”ın qapıçısını transfer edir
204495
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Neftçi” növbəti transferə hazırlaşır. Bakılılar 3-cü qapıçı kimi Rüstəm Samiqullini icarəyə götürür. 

Bizim.Media xəbər verir ki, 2020-ci ildən “Sabah”da oynayan 21 yaşlı əlcək sahibi növbəti mövsümü “Neftçi”də keçirəcək. 

“Bayquşlar”la 2026-cı ilədək müqaviləsi olan milliləşdirilmiş rusiyalı ilə danışıqlar müsbət nəticələnib. Klubu da razılığını verdiyindən, tezliklə keçidin açıqlanacağı gözlənilir.

Xatırladaq ki, Aqil Məmmədovun karyerasını bitirməsndən, eləcə də İvan Brkiçlə yolların ayrılmasından sonra “Neftçi” qapını yalnız yerli statusunda oynayanlara tapşırmaq istəyir. Əsas qapıçı Rza Cəfərov, ehtiyatda Emil Balayev olacaq. Azarkeşlərin narazılığı üzündən transferi alınmayan Səlahət Ağayevin əvəzinə isə Samiqullinin heyətə cəlb edilməsi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO