AzTU-ya yeni prorektor təyin olundu - FOTO

AzTU-ya yeni prorektor təyin olundu - FOTO

Hazırda oxunan: AzTU-ya yeni prorektor təyin olundu - FOTO
20336
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Texniki Universitetinə (AzTU) yeni prorektor təyin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Prof.Dr. Çetin Elmas AzTU-nun Elm və innovasiya üzrə prorektoru təyin olunub. 

Çetin Elmas 1993-1995-ci illərdə Türkiyənin Qazi Universitetində dosent köməkçisi, 1995-2001-ci illərdə dosent vəzifələrini icra edib. 2001-ci ildən indiyə kimi Qazi Universitetinin Texnologiya fakültəsinin Elektrik elektronika mühəndisliyi kafedrasının professorudur.

Layihələrin idarə olunması və süni intellekt üzrə dünya şöhrətli alim Çetin Elmas Türkiyə Layihə İdarəetmə Assosiasiyası prezidentidir.

O, Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının layihələrin idarə edilməsində süni intellekt üzrə xüsusi qrupunun qlobal rəhbəridir.

O, Türkiyə Süni İntellekt Assosiasiyasının təsisçisi və prezidentidir.

Bizim.Media

AzTU-ya yeni prorektor təyin olundu - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO