Ronaldo ardıcıl ikinci matçda het-trik etdi - VİDEO

Ronaldo ardıcıl ikinci matçda het-trik etdi - VİDEO

Hazırda oxunan: Ronaldo ardıcıl ikinci matçda het-trik etdi - VİDEO

185404

Səudiyyə Ərəbistanı Pro Liqasının XXVI turunun matçında “Abha” “Əl-Nasr”ı qəbul edib. Birinci hissədən sonra Kriştiano Ronaldonun komandası 5:0 hesabı ilə önə çıxıb.

Bizim.Media xəbər verir ki, 39 yaşlı portuqaliyalı 5 qolun hamısının vurulmasında iştirak edib.

21-ci dəqiqədə portuqaliyalı yarımmüdafiəçi dubla imza atıb. Ronaldo daha sonra Sadio Mane və Əbülməcid Əl-Süleyhimə ötürmə edib.

“Əl-Nasr” Səudiyyə Ərəbistanı çempionatında keçirdiyi 25 oyundan sonra 59 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider "Əl-Hilal"ın 12 xalı var.

Ronaldo 2 yanvar 2023-cü ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanından "Əl-Nasr"ın oyunçusu olub.

Bu mövsüm yarımmüdafiəçi Səudiyyə Ərəbistanı çempionatında 23 oyun keçirib, 26 qol vurub və 9 məhsuldar ötürmə edib. Ronaldo Asiya Çempionlar Liqasında da 8 oyunda iştirak edib. 39 yaşlı yarımmüdafiəçi 6 qol vurub və bir məhsuldar ötürmə edib.
 

Bizim.Media 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO