Məmura silahla hədə-qorxu gəlib, 4 milyon manat tələb etdi – MƏHKƏMƏ İŞİ 

Məmura silahla hədə-qorxu gəlib, 4 milyon manat tələb etdi – MƏHKƏMƏ İŞİ 

Hazırda oxunan: Məmura silahla hədə-qorxu gəlib, 4 milyon manat tələb etdi – MƏHKƏMƏ İŞİ 

183610

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu ilə 4 milyon manatdan çox pul tələb etməkdə ittiham olunan Vahid Xələfovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror V.Xələfovun hədə-qorxu ilə xüsusilə külli miqdarda tələb etməkdə və xuliqanlıqda təqsirli bilinməsini, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 15 il azadlıqdan məhrum edilməsini tələb edib.

Müttəhimin vəkilinə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.
Qeyd edək ki, hadisəyə səbəb müttəhimlə zərərçəkmiş arasında əvvəldən yaranan pul mübahisəsi olub.

İttihama əsasən, təqsirləndirilən şəxs H.Xəlilovu təhqir edib, əlində olan dərmansəpən aparatdan silah qismində istifadə edərək avtomobilə zərbələr endirib. Daha sonra o, üzərində olan MP- 654K markalı pnevmatik tapançanı Xəlilova tuşlayaraq hədə-qorxu ilə 4.165.000 manat pul tələb edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO