
- A-
- A
- A+
Özü oyuncaq, nəticəsi ağır – Saxta silahla real təşviş yaradanların aqibəti necə olur?
Bəzən zarafat, bəzən kimlərisə qorxutmaq, bəzən də tamah məqsədilə üzərində həqiqi silahdan fərqlənməyən, oyuncaq silah gəzdirənlər olur. Bir çoxları bu cür hərəkətlərin nə dərəcədə ciddi nəticələr doğura biləcəyindən xəbərsizdir.
Bəlkə də düşünürlər ki, silahın oyuncaq olduğu hüquq mühafizə orqanları tərəfindən aşkarlansa, məsuliyyətdən yaxa qurtara biləcəklər. Amma burada məsələ təksə silahın zərərsiz oyuncaq olmasında deyil, ondan istifadə edərək insanlarda qorxu, təşviş və təhlükə hissi yaratmaqdır.
Məsələn, ötən gün Lənkəranda saxlanılan şəxsin üzərindən oyuncaq silah tapılıb. Amma saxlanılan şəxs bu silahdan tamah və hədə-qorxu məqsədilə istifadə edirmiş.
Yəni göründüyü kimi, oyuncaq silah gəzdirməyin özü, bir qayda olaraq, cinayət deyil. Lakin həmin oyuncaq silahdan istifadə edərək kimisə qorxutmaq, hədələmək və ya soyğunçuluq etmək hüquqi məsuliyyət yaradır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsibib 221-ci maddəsinə görə, bu əməl xuliqanlıq hesab edilir. Məhz ictimai qaydanı kobud şəkildə pozmaq və zor tətbiqi hədəsi ilə müşayiət olunan hərəkətlərə görə, xüsusilə silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə 221.3 maddəyə əsasən 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































