“Amay”ın damındakı konstruksiyalar qopub düşə bilər – Sakinlər narahatdır - Video

“Amay”ın damındakı konstruksiyalar qopub düşə bilər – Sakinlər narahatdır - Video

Hazırda oxunan: “Amay”ın damındakı konstruksiyalar qopub düşə bilər – Sakinlər narahatdır - Video
645645
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda yerləşən “Amay” Ticarət Mərkəzinin binasının dam örtüyündəki dəmir konstruksiyaların yararsız vəziyyətdə olması ətrafda yaşayanları və ərazidən keçənləri narahat edir.

Xüsusilə küləkli havalarda konstruksiyaların qoparaq insanların və avtomobillərin üzərinə düşmə ehtimalı var. Odur ki, vətəndaşlar aidiyyəti qurumların ərazidə təhlükəsizlik tədbirləri görməsini istəyirlər.

Bizim.Media xəbər verir ki, binanın alt hissəsində olan obyekt və müəssisələrə görə əraziyə insan və avtomobil axını çox olur.
 

Sakinlər deyirlər ki, damın bu vəziyyədə olması risklidir. Yaxınlıqda olan parklanma zonasında  avtomobillərini saxlayan sürücülər də yaranmış vəziyyətdən narahatdırlar.


Məsələ ilə bağlı “Amay” Ticarət Mərkəzindən bildirildi ki, hazırda təmir- bərpa işlərinə başlanlıb. Problem olan yerlər nəzarətə götürülüb.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber-in videomaterialında:



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO