Bütün evlərdə olan bu məhsullar - Xərçəngə səbəb olurmuş

Bütün evlərdə olan bu məhsullar - Xərçəngə səbəb olurmuş

Hazırda oxunan: Bütün evlərdə olan bu məhsullar - Xərçəngə səbəb olurmuş
645663
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mütəxəssislər gündəlik həyatda istifadə olunan bəzi məhsulların və əşiyaların xərçəng riskini artıra biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Bizim.Media xəbər verir ki, “Health” nəşrinə müsahibə verən həkimlər Cey Lutar və Deril Eber mənzillərdəki gizli təhlükə mənbələrinə diqqət çəkiblər.

C. Lutar bildirib ki, kəskin ətirli təmizlik vasitələri və elektrikli hava təravətləndiricilərində zərərli kimyəvi maddələr var. Həkim bu vasitələrdən hər gün deyil, yalnız zəruri hallarda — çətin ləkələri və kəskin qoxuları aradan qaldırmaq üçün istifadə etməyi məsləhət görüb.

D. Eber isə aspiratorsuz işlədilən sobaların risk yaratdığını qeyd edib. O, həmçinin mebel alarkən tərkibində formaldehidin olmamasına əmin olmağı tövsiyə edib. Mütəxəssisin sözlərinə görə, bu maddə ilə tez-tez təmas xərçəngin bir neçə növünə təkan verir.

Bundan əlavə, C. Lutar ləkəgötürməyən örtüklərə daxil olan perftoroktan turşusunun da kanserogen olduğunu bildirib. O, xüsusilə uşaqlar üçün nəzərdə tutulan və yataq mebellərində təbii parçalara üstünlük verməyə çağırıb. (qafqazinfo.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO