Fransa hökumətinə qarşı etiraz çağırışı: Universitetlər bloklanacaq

Fransa hökumətinə qarşı etiraz çağırışı: Universitetlər bloklanacaq

Hazırda oxunan: Fransa hökumətinə qarşı etiraz çağırışı: Universitetlər bloklanacaq
645644
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 3 və 5 tarixlərində Fransada genişmiqyaslı tələbə etirazları keçiriləcək. Gənclər hökumətə qarşı çıxaraq universitetləri bloklamağa və küçələrə axışmağa çağırılıb.

Bizim.Media xəbər verir ki, Fransa Milli Tələbələr Birliyi gəncləri hökumətə qarşı yeni etiraz aksiyalarına qoşulmağa dəvət edib.

Təşkilat noyabrın 3-nü universitetlərin bloklanması günü elan edib. Noyabrın 5-də isə kütləvi küçə nümayişlərinin keçirilməsi planlaşdırılır.
 

“Əgər hökumət bizi dinləmək istəmirsə, noyabrın 3-ü universitetlərdə etiraz aksiyalarının keçirildiyi gün olacaq. Ümumi yığıncaqlarda iştirak edin və universitetlərinizi bloklayın. Noyabrın 5-də isə kütləvi şəkildə küçələrə çıxın”, – deyə birliyin “X” sosial şəbəkəsindəki bəyanatında bildirilib.


Qeyd edək ki, Fransada orta məktəblərdə də etiraz aksiyaları yenidən başlayıb. Tələbə təşkilatının məlumatına görə, 150-dən çox təhsil müəssisəsi bloklanıb. Lakin Təhsil Nazirliyi yalnız 41 məktəbdə blokada olduğunu təsdiqləyib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO