Zaporojyedə humanitar yardım məntəqəsinə hava hücumu: 18 nəfər ölüb - Video

Zaporojyedə humanitar yardım məntəqəsinə hava hücumu: 18 nəfər ölüb - Video

Hazırda oxunan: Zaporojyedə humanitar yardım məntəqəsinə hava hücumu: 18 nəfər ölüb - Video
645630
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya qoşunları Ukraynanın Zaporojye vilayətinin Komışuvaхa qəsəbəsinə bir neçə aviazərbə endirib. Nəticədə 18 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski hadisə ilə bağlı açıqlamasında bildirib.
 

Onun sözlərinə görə, hücum humanitar yardımın yerli sakinlərə paylanması üçün istifadə olunan məktəbə edilib. İlk zərbədən sonra insanların olduğu sığınacaq daha 9 aviasiya bombası ilə vurulub.


Zelenski vurğulayıb ki, Rusiya tərəfi məktəbdə mütəmadi olaraq humanitar yardım paylandığından xəbərsiz ola bilməzdi.

Ukrayna Prezidenti baş verənləri Moskvanın gərginliyi azaltmaq niyyətində olmadığının sübutu kimi qiymətləndirib. O, beynəlxalq ictimaiyyəti hadisəyə sərt reaksiya verməyə və Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO