Nazirin yeni müşaviri kimdir? - Dosye

Nazirin yeni müşaviri kimdir? - Dosye

Hazırda oxunan: Nazirin yeni müşaviri kimdir? - Dosye
645588
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Vəzirov Rəşid Şamil oğlu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə müşavir təyin edilib.

Bizim.Media xəbər verir ki, nazirin yeni müşaviri 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunudur, tibb üzrə fəlsəfə doktorudur.
 

MÖVZU İLƏ BAĞLI:

Rəşid Vəzirov əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir təyin edildi


Azərbaycan Diplomatik Akademiyasında (ADA Universiteti) və Yaponiyanın Fukuoka şəhərində xəstəxana idarəçiliyi üzrə təhsil və ixtisasartırma proqramlarında iştirak edib.

Respublika Diaqnostika Mərkəzində və Mərkəzi Neftçilər Xəstəxanasında müxtəlif vəzifələrdə, 2018-ci ilin noyabr ayından Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru vəzifəsində fəaliyyət göstərib.

O, uzun illər səhiyyə idarəçiliyi, beynəlxalq layihələrin əlaqələndirilməsi və irimiqyaslı tədbirlərin tibbi təminatının təşkili sahələrində çalışıb.

“Formula 1” yarışlarında tibbi təminat üzrə baş həkim, 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarının Təşkilat Komitəsində tibbi və antidopinq məsələləri üzrə rəhbər müavini olub. Həmçinin 2017-ci il İslam Həmrəyliyi Oyunları, COP29 və MDB Oyunları çərçivəsində tibbi məsələlər üzrə müşavir kimi fəaliyyət göstərib.

Əmək fəaliyyətinin müxtəlif dövrlərində Beynəlxalq Qızıl Xaç Komitəsində və QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondda da çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO