
- A-
- A
- A+
Britni Spirsin dini paylaşımı müzakirələrə səbəb oldu - Foto
Amerikalı pop ulduz Britni Spirs “Instagram” hesabında qeyri-adi foto paylaşıb. Şəkildə ivrit dilində çap olunmuş “Tehilim” adlı Zəbur kitabı əks olunub.
Bizim.Media xəbər verir ki, müğənni fotoya qısa şərh yazaraq darıxdığını və yəhudi dilində mətnlər oxuduğunu bildirib.
Paylaşım sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. Spirs qədim dini mətni şəxsi asudə vaxtı ilə bağlı ironik şərhlə təqdim etsə də, bu seçiminin səbəbini açıqlamayıb. Onun ivrit dilini bilib-bilmədiyi də məlum deyil.
Qeyd edək ki, “Tehilim” yəhudi dini ənənəsində mühüm yer tutur və 150 məzmuru özündə birləşdirir. Bu mətnlər ənənəvi olaraq dua, mənəvi sıxıntı və şükür anlarında oxunur.
Britni Spirs əvvəllər də yəhudi mədəniyyətinə və kabalaya maraq göstərib. Lakin bu dəfə ivrit dilində Zəbur kitabını paylaşması izləyiciləri üçün gözlənilməz olub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































