Şahindən Şahinə qalan ən böyük miras – Arzusu gerçəkləşən şəhidin qəhrəmanlıq hekayəsi – Video

Şahindən Şahinə qalan ən böyük miras – Arzusu gerçəkləşən şəhidin qəhrəmanlıq hekayəsi – Video

Hazırda oxunan: Şahindən Şahinə qalan ən böyük miras – Arzusu gerçəkləşən şəhidin qəhrəmanlıq hekayəsi – Video
645599
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Oğlum olsa, adını Şahin qoyarsan...” Bir döyüşçünün ailəsinə son arzusu, bir ananın ömürlük nisgili və atasını heç vaxt tanımayan bir oğulun daşıdığı ad...
 

Bu sözlər indi təkcə bir vəsiyyət deyil, həm də Vətən uğrunda canından keçən bir qəhrəmanın yarımçıq qalan ömrünün ən təsirli yadigarıdır. Şahin Allahyarov şəhid olsa da, adı, arzusu və xatirəsi daim yaşayır.


Dövlət Sərhəd Xidmətinin Vətən Müharibəsi Qəhrəmanlarından biri, Şuşanın azadlığı uğrunda canından keçən Şahin Allahyarovun şəhid olmasından 6 il ötür.

Bu gün onun anası Nərgiz Allahyarova oğlunun xatirələri ilə yaşayır. Evin bir guşəsini oğluna həsr edib. Bəzən susaraq şəkillərinə baxır, bəzən onunla saatlarla danışır və dərdləşir. Şahin onun üçün nə keçmişdə qalan bir xatirədir, nə də sadəcə bir qəhrəman... Hər əşyada izi görünən, hər gün həsrətlə gözlənilən və yoxluğu duyulan övladıdır.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO