18 yaşlı oğlan küçədə sevgilisini döydü

18 yaşlı oğlan küçədə sevgilisini döydü

Hazırda oxunan: 18 yaşlı oğlan küçədə sevgilisini döydü
645668
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıtda 18 yaşlı oğlan sevgilisini küçədə döyüb.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.

Belə ki, şəhər sakini, 2008-ci il təvəllüdlü Elsevər Aslanov (soyadı şərtidir - red.) özündən iki yaş böyük xanımla sevgi münasibətində olub. Bir neçə gün əvvəl şəhər ərazisində olarkən dostu Kənanın sevgilisi ona zəng vurub kömək istəyib.

Dostunun sevgilisi valideynləri ilə dalaşıb evdən çıxdığını bildirib və Elsevərdən gecələməyə ev istəyib. Elsevər də öz sevgilisinə zəng vuraraq Şumqayıt şəhəri ərazisindəki "Osmanlı" restoranına çağırıb. Elsevər sevgilisini xanımla tanış edib və dostu Kənanın sevgilisi olduğunu deyib. Bildirib ki, ona gecə qalmaq üçün ev lazımdır.

Elsevərin sevgilisi xanıma kömək edə bilməyəcəyini deyib. Elsevər dostunun sevgilisini şəhər ərazisindəki hotellərdən birində yerləşdirmək qərarına gəlib və öz sevgilisini evə yola salmaq istəyib. Nəticədə sevgilisi buna etiraz edib və Elsevərlə sevgilisi arasında mübahisə başlayıb. Mübahisə zamanı Elsevər sevgilisini küçədə döyüb.

Hadisə yerinə polis əməkdaşları gəliblər və Elsevər saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmədə tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO