Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama

Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama

Hazırda oxunan: Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama
645570
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda 18 yaşadək altı uşağı olan 9 332 ev təsərrüfatı mövcuddur.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Qeyd edilib ki, 7 və daha çox uşaqlı ailələrin sayı isə 6837-dir.

Azərbaycanda 18 yaşadək uşaqları olan ev təsərrüfatlarının ümumi sayı 1 milyon 347 min 534 təşkil edir. Onlardan 422 min 989 ev təsərrüfatında bir, 557 min 814-də iki, 256 min 261-də isə üç uşaq var. Bundan başqa, 71 min 151 ev təsərrüfatında dörd, 23 min 150-də beş uşağın olduğu müəyyən edilib.

Beləliklə, statistikaya əsasən, Azərbaycanda azı altı uşağı olan ev təsərrüfatlarının sayı 16 min 169-dur.
 

Azərbaycan qanunvericiliyinə görə, 5-dən çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunur. Altı və daha çox uşağı olan qadınlara hər uşağa görə 140 manat məbləğində aylıq müavinət verilir. Bu müavinət beşdən çox uşaq dünyaya gətirib, tərbiyə edən qadınlara uşaqların sağ olması şərti ilə və altıncı uşaq bir yaşına çatdığı halda verilir.


Qeyd edək ki, ev təsərrüfatlarının uşaqların sayına görə bölgüsü cari uçot əsasında deyil, ölkə üzrə hər 10 ildən bir keçirilən əhalinin siyahıyaalınmasının yekunları əsasında əldə edilir. Təqdim olunan rəqəmlər 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələrini əks etdirir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO