
- A-
- A
- A+
Mertsdən ABŞ və Çinə mesaj: Avropa texnologiyaların gələcəyini özü müəyyən etməlidir
“Avropa texnologiyaların gələcəyini müəyyən etmək hüququnu digər ölkələrə həvalə etməməli, öz süni intellekt modellərini inkişaf etdirməlidir”.
Bizim.Media xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts bəyan edib.
O bildirib ki, Avropa özəl investorlarla əməkdaşlıq çərçivəsində qabaqcıl süni intellekt modelləri (Frontier AI) hazırlamaq niyyətindədir. Bu, qitənin texnoloji müstəqilliyinin təmin olunmasına xidmət edəcək.
Merts qeyd edib ki, Avropanın təkcə ABŞ, Çin və digər ölkələrdən asılı olduğunu düşünmək düzgün deyil. Onun sözlərinə görə, həmin ölkələr də Avropadan asılıdır.
“450 milyon istehlakçısı olan Avropa dünyanın ən böyük vahid bazarlarından birinə malikdir. Öz imkanlarımızı və digər ölkələrin bizdən asılılıq səviyyəsini qiymətləndirməməliyik”, – deyə kansler vurğulayıb.
O əlavə edib ki, Almaniyada dünya miqyasında tanınan və Avropa üçün bulud infrastrukturu yaradan şirkətlər fəaliyyət göstərir.
Merts bu sahədə Avropanın texnoloji suverenliyinə nail olacağına əminliyini ifadə edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































