Bir dərman üçün 30 kilometr yol - Kənd sakinlərinin aptek problemi nə vaxt həllini tapacaq?

Bir dərman üçün 30 kilometr yol - Kənd sakinlərinin aptek problemi nə vaxt həllini tapacaq?

Hazırda oxunan: Bir dərman üçün 30 kilometr yol - Kənd sakinlərinin aptek problemi nə vaxt həllini tapacaq?
645579
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın bir çox kənd və qəsəbələrində əczaxana fəaliyyət göstərmir. Rayon mərkəzindən uzaqda yaşayan vətəndaşlar dərman vasitələri almaq, hətta ilkin tibbi yardım zamanı istifadə olunan tibbi ləvazimatlar üçün kilometrlərlə məsafə qət edir və ya taksidən istifadəyə məcbur qalırlar.

Bu da vətəndaşların həyatını riskə atmaqla yanaşı, həm də onlara maddi cəhətdən ziyan vurur. Buna İsmayıllı rayonunda yerləşən bir neçə kəndi -  Xankəndi, Mücü, Sulut, Basqal və digərlərini nümunə göstərə bilərik. Bu kəndlər rayon mərkəzindən təqribən 30 kilometr məsafədə yerləşir.

Bəs kəndlərin apteklərlə təmin olunması üçün ayrıca proqram və ya fəaliyyət planı varmı? Aptek olmayan kəndlərin siyahısı aparılırmı?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, əczaçılıq fəaliyyəti qanunvericiliyə uyğun şəkildə təşkil edilir:

“Respublikada əczaçılıq fəaliyyəti “Dərman vasitələri haqqında”, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunları və Səhiyyə Nazirliyinin Kollegiyasının “Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 11 yanvar 2018-cı il tarixli, 01 nömrəli Qərarı ilə tənzimlənir. Əczaçılıq fəaliyyəti qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir. Apteklərin yaradılması və fəaliyyətinin təşkili sahibkarlıq subyektlərinin təşəbbüsü əsasında, müvafiq normativ hüquqi aktların tələblərinə riayət edilməklə təmin olunur”.
 

Məlumatda qeyd edilib ki, bu istiqamətdə Mərkəzə daxil olan müraciət, şikayət və təkliflər nəzərə alınaraq, kənd və qəsəbələrdə əczaçılıq xidmətlərinə əlçatanlığının artırılması məsələsinə diqqət yetirilir.


Qurumun cavabında diqqət yetirildiyi qeyd olunub, lakin o diqqətin nə zaman əmələ çevriləcəyi məlum deyil.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO