
- A-
- A
- A+
Region
19:34 / 02.11.2026
1 dəq oxunma
Tehrandan şərt: Bu halda ABŞ ilə danışıqlara hazırdır
Hazırda oxunan: Tehrandan şərt: Bu halda ABŞ ilə danışıqlara hazırdır
645613
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İran ABŞ-nin dürüst diplomatiya yolunu seçəcəyi təqdirdə Vaşinqtonla dolayı danışıqları bərpa etməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. O, Qətər və Pakistanın vasitəçilik səylərinin fəal rolunu xüsusi qeyd edib.
“Əgər onlar dürüst diplomatiya yolunu seçsələr, əməkdaşlığa hazırıq. Lakin aldatmaq və hərbi əməliyyatlar keçirmək niyyətində olsalar, əvvəlkindən daha ağır və sərt cavab alacaqlar”, – deyə Əraqçi xəbərdarlıq edib.
Nazir həmçinin Hörmüz boğazının açılması ilə bağlı Tehranın şərtlərinin dəyişmədiyini bildirib. Onun sözlərinə görə, həmin şərtlər qəbul edilərsə, boğaz açılacaq və danışıqlar bərpa olunacaq. Əks halda isə mövcud vəziyyət davam edəcək.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































