
- A-
- A
- A+
Trampdan gündəm yaradan açıqlamalar: “ABŞ-ı Tanrının evi adlandırırıq”
ABŞ Prezidenti Donald Tramp ölkəsini “Tanrının evi” adlandırıb.
Bizim.Media xəbər verir ki, Amerika lideri çıxışı zamanı bir sıra diqqətçəkən bəyanatlar səsləndirib.
Tramp bildirib ki, neftin qiyməti bir gündə 10 dollar ucuzlaşıb və bu, tarixdə ən böyük gündəlik enişdir. Onun sözlərinə görə, İranla qarşıdurmada ABŞ qalib gəlir və neftin qiyməti daha da aşağı düşəcək.
“Onlar razılaşma əldə etmək istəyirlər və bu, tamamilə mümkündür”, – deyə Tramp İranla bağlı bildirib.
ABŞ Prezidenti Venesuela ilə bağlı da iddialı açıqlama verib. O, Vaşinqtonun bu ölkədə müharibəni bir günə qazandığını və oradan hər gün yüz milyardlarla dollar dəyərində neft aldığını iddia edib.
Tramp, həmçinin Qrenlandiyaya sahib olduqlarını deyərək Danimarka və Avropaya buna şərait yaratdıqları üçün təşəkkür edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































