Azərbaycanın ixrac etdiyi neft-qaz məhsulları 10 faiz ARTIB

Azərbaycanın ixrac etdiyi neft-qaz məhsulları 10 faiz ARTIB

Hazırda oxunan: Azərbaycanın ixrac etdiyi neft-qaz məhsulları 10 faiz ARTIB

183290

2024-cü ilin ilk 2 ayı ərzində Azərbaycandan xarici ölkələrə 4 milyard 324 944.78 milyon dəyərində neft-qaz məhsulları ixrac olunub. 

Bizim.Media Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrilə müqayisədə 454 930,72 milyon dollar və ya 10.52 faiz coxdur. 

Bunun 4 milyard 595 milyon 490 min tonu xam neft və xam neft məhsulları təşkil edib, maya dəyəri isə 2 milyard 826 058.64 milyon dollar dəyərində olub. 

İxrac olunan neft məhsullarının 60 milyon 540.18 min tonu tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə % və ya daha çox olan məhsullar təşkil edib ki, bunun da maya dəyəri 1 milyard 459 milyon 774.04 min dollardır. 

Xaricə satılan təbii qazın ümumi həcmi 3 milyard 953 milyon 658.45 min kub-metr, maliyyə dəyəri isə 1 milyard 459 milyon 774.04 min dollar olub. Bu da onu göstərir ki, həcmdə 2023-cü ilin ilk iki ayı müqayisədə 2 milyard 739 milyon 767,07 min kub-metr və ya 60.30 faiz, maya dəyərində isə 957 milyon 746. 61 min dollar və ya 65,61 faiz artım baş verib.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO