Qadın şahmatçılarımız Gürcüstan komandası ilə qarşılaşacaq

Qadın şahmatçılarımız Gürcüstan komandası ilə qarşılaşacaq

Hazırda oxunan: Qadın şahmatçılarımız Gürcüstan komandası ilə qarşılaşacaq

179987

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstana yollanıb. 

Bizim.Media xəbər verir ki, səfərdə məqsəd dəfələrlə Ümumdünya Şahmat Olimpiadasının qalibi olan Gürcüstan yığmasıyla yoldaşlıq görüşü keçirməkdir. 

Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət komanda 26 fevral - 2 mart tarixlərində yoldaşlıq görüşündə iştirak edəcək.
Razılaşmaya əsasən şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq. 

Qeyd edək ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanacaq.

Yoldaşlıq görüşü qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidi.


Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO