Mosine Sos: “Seçki məntəqələrində bütün şərait yaradılmışdı”

Mosine Sos: “Seçki məntəqələrində bütün şərait yaradılmışdı”

Hazırda oxunan: Mosine Sos: “Seçki məntəqələrində bütün şərait yaradılmışdı”

177235

"Kamboca Krallığının nümayəndə heyəti səsvermə prosesindən səslərin toplanmasına qədər bütün proseslərdə fəal iştirak ediblər. Digər beynəlxalq müşahidəçilərlə birlikdə biz bu işi həyata keçirdik. Baş çəkdiyimiz səsvermə məntəqələrində Mərkəzi Seçki Komissiyası tərəfindən bütün lazımi şəraiti təmin etdiklərini gördük. Azərbaycanın hökumət orqanlarının seçicilərin səs verməsi üçün bütün təhlükəsizlik addımlarını atdıqlarını müşahidə etdik".

Bizim.Media xəbər verir ki, bunu Kamboca parlamentinin deputatı Mosine Sos növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, seçkilərdə şəffaf proses təmin edilib: 

"Səslərin sayılması beynəlxalq standartlara uyğun həyata keçirilib. Biz müxtəlif siyasi partiyalar və iqtidar arasında əməkdaşlığın şahidi olduq.

Biz sülh şəraitində insanların səsvermə prosesində iştirak etdiyini müşahidə etdik. Bu seçki azad, ədalətli, şəffaf şəkildə reallaşdırılıb. Hər hansısa bir problem olmadan seçki prosesi təmin edilib. Bizim nümayəndə heyəti tərəfindən heç bir pozuntu halına rast gəlmədik. Siyasi partiyalara qarşı heç bir diskriminasiya tətbiq edilməyib. 

Kamboca nümayəndə heyəti Azərbaycan hökumətini və xalqını əlamətdar, demokratik hadisə ilə bağlı təbrik edir".

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO