Türkiyənin Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi ötən il fevralın 6-da baş verən zəlzələlərdən sonra tikilmiş yeni yaşayış evlərinin son görüntülərini paylaşıb.
Bizim.Media “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Nazirlik tərəfindən zəlzələdən zərər çəkmiş əyalətlərdə tikilən 46 min ev fevralın ilk günlərində püşkatma yolu ilə zərərçəkmişlərin istifadəsinə veriləcək.
Yaxın iki ayda təhvil veriləcək evlərin sayı isə 75 minə çatacaq.
Nuranə Daxilqızı, Bizim.Media