Ombudsman Mustafa Şəntopla görüşdü - FOTO

Ombudsman Mustafa Şəntopla görüşdü - FOTO

Hazırda oxunan: Ombudsman Mustafa Şəntopla görüşdü - FOTO
17184
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Türkiyə Respublikasına rəsmi səfəri davam edir.

Ombudsman Aparatından Bizim.Media-ya bildirilib ki, səfər çərçivəsində Səbinə Əliyevanın Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) sədri Mustafa Şəntop, TBMM-in İnsan Hüquqları üzrə Araşdırma Komissiyasının rəhbəri Hakan Çavuşoğlu, Müraciətlər üzrə Komissiyasının rəhbəri Mihrimah Belma Satır və bir sıra millət vəkilləri ilə görüşü baş tutub.

Görüş zamanı Mustafa Şəntop iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə və qarşılıqlı etimada əsaslandığını qeyd edərək, Azərbaycan və Türkiyə parlamentlərarası əməkdaşlığının ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Müharibə dövründə nümayəndə heyəti ilə birgə Azərbaycana rəsmi səfər etdiyini, Ermənistan tərəfindən mülki şəxslərə qarşı insanlıq əleyhinə törədilən cinayətlərin şahidi olduğunu bildirib.

Səbinə Əliyeva Vətən müharibəsinin ilk saatlarından qardaş Türkiyə dövlətinin Azərbaycanın yanında olduğunu, ölkəmizin haqq işinə öz dəstəyini göstərdiyini ifadə edib.

Azərbaycan Ombudsmanı Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Gəncə şəhərində faktaraşdırıcı missiyanın həyata keçirildiyini, yerində araşdırmalar zamanı toplanmış faktlar əsasında Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş insan hüquqları pozuntularına dair hesabatın hazırlanaraq beynəlxalq təşkilatlara göndərildiyini nəzərə çatdırıb. 

Görüşdə həmçinin qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə müzakirə aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO