Azərbaycanda ilk dəfə ultramarafon yarışı keçirilib - FOTO

Azərbaycanda ilk dəfə ultramarafon yarışı keçirilib - FOTO

Hazırda oxunan: Azərbaycanda ilk dəfə ultramarafon yarışı keçirilib - FOTO
166009
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda ilk dəfə 100 km məsafəyə ultramarafon yarışı təşkil olunub. 

Bizim.Media xəbər verir ki, ulu öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr edilmiş qaçış tədbiri Dənizkənarı Milli Park ərazisində keçirilib. 

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutan ultramarafonda yerli idmançılarla yanaşı Türkiyə və Rusiyadan 50-yə yaxın iştirakçı mübarizəyə qoşulub. 

Yarışa gecə saat 03:00-da start verilib. 

Yekunda Türkiyə milli komandasının üzvü Üzeyir Söylemez 7 saat 37 dəqiqə 56 saniyə göstərici ilə ultramarafonun qalibi olub. Ağa Əliyev 8:31.22 nəticə ilə 2-ci yeri tutub. Artyom Əliyev isə finişə 3-cü gəlib. Qadınlar arasında Leyla Abdinova 10:57.57 göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Natalya Vallek 2-ci, Cəmilə İrəfiyeva isə 3-cü olub. 

Qaliblərin mükafatlandırma mərasimində Azərbaycan atletikasının 100 illiyi ilə əlaqədar Bakıya gələn Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov iştirak edib. Dobromir Karamarinov Azərbaycan Atletika Federasiyasının etibarlı tərəfdaş kimi Avropa Atletikası ailəsində əhəmiyyətli yerə malik olduğunu bildirib. 
İl ərzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş atletika tədbirlərinin silsilə xarakter daşıdığını qeyd edən Cavid Qurbanov Azərbaycan atletikasının 100 illik tarixində şərəfli yol keçdiyini vurğulayıb, qarşıda atletlərimizin yüksək nailiyyətlər əldə edəcəyinə inandığını söyləyib.

Azərbaycanda ilk dəfə ultramarafon yarışı keçirilib - FOTO - foto 1

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO