Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkiyəyə təhvil VERDİ  

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkiyəyə təhvil VERDİ  

Hazırda oxunan: Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkiyəyə təhvil VERDİ  
162786
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan beynəlxalq axtarışda olan Türkiyə vətəndaşını ölkəsinə təhvil verib. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, Türkiyə vətəndaşı Fayık Karaçöl həmin ölkədə qəsdən adam öldürməyə cəhd əməlini törətməkdə təqsirləndirilərək 2022-ci ildən etibarən beynəlxalq axtarışa verilib. 

Həmin şəxs cari ilin iyul ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib. 

Fayık Karaçölün verilməsinə dair Türkiyənin səlahiyyətli orqanlarının vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu vasitəsilə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cari il sentyabrın 19-da məhkəmə tərəfindən "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına əsasən, vəsatət təmin edilərək təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib. 
Noyabrın 3-də təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkiyənin səlahiyyətli orqanlarına təhvil verilib. 
 
Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO