Dünya çempionatında uğur qazanan idmançılarımız Vətənə qayıtdı - FOTO 

Dünya çempionatında uğur qazanan idmançılarımız Vətənə qayıtdı - FOTO 

Hazırda oxunan: Dünya çempionatında uğur qazanan idmançılarımız Vətənə qayıtdı - FOTO 
162424
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanın Tiflis şəhərində keçirilmiş yarışda uğurlu çıxış edən universal döyüş növləri üzrə dünya çempionatında güləş üzrə yarışan millimiz bu gün vətənə qayıdıb. 

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. 

Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, ölkəmizi Dünya Çempionatında 28 idmançı təmsil edib. 

Oktyabrın 26-31-i tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Universal döyüş idman növünün Güləş versiyası üzrə Dünya Çempionatında Azərbaycan 28 idmançı ilə təmsil olunub. Universal döyüş federasiyasının prezidenti Azər Həsənovun rəhbərlik etdiyi komanda yeniyetmələr, gənclər və böyük yaş kateqoriyalarında güclərini sınayıblar. 

35 ölkədən güləşçilərin qatıldığı yarışda yeniyetmə idmançılarımız 1 qızıl, 3 gümüş, 2 bürünc, gənc güləşçilərimiz 2 qızıl, 1 gümüş, 2 bürünc medal əldə ediblər. 

Böyük yaş qrupunda çıxış edən idmançılarımız isə Vətənə 1 qızıl, 2 gümüş, 3 bürünc medulla qayıdıblar. 

Dünya çempionatında uğur qazanan idmançılarımız Vətənə qayıtdı - FOTO  - foto 1
Dünya çempionatında uğur qazanan idmançılarımız Vətənə qayıtdı - FOTO  - foto 2
Dünya çempionatında uğur qazanan idmançılarımız Vətənə qayıtdı - FOTO  - foto 3

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO