"Sumqayıt" bu gün "Qəbələ"ni, "Neftçi" "Sabah"ı qəbul edəcək

Hazırda oxunan: "Sumqayıt" bu gün "Qəbələ"ni, "Neftçi" "Sabah"ı qəbul edəcək
161968
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, ilk olaraq "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək.

“Kapital Bank Arena”dakı qarşılaşma saat 16:00-da başlanacaq. "Gənclik şəhəri" təmsilçisi 14 xalla 7-ci, "qırmızı-qaralar" 7 xalla 9-cu pillədə qərarlaşıb.

Turun mərkəzi görüşündə isə "Neftçi" və "Sabah" komandaları üz-üzə gələcək. "Neftçi Arena"dakı matç saat 18:30-da start götürəcək. "Ağ-qaralar" 15 xalla 5-ci, "Sabah" isə 10 xalla 8-ci sıradadır.
Qeyd edək ki, XI tura sabah reallaşacaq "Araz-Naxçıvan" - "Qarabağ" oyunu ilə yekun vurulacaq. Əvvəlki qarşılaşmalarda "Turan Tovuz" "Kəpəz"i 4 cavabsız qolla üstələyib. "Zirə" - "Səbail" matçında isə qalib müəyyənləşməyib - 2:2.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO