İranda

İranda "3+3" formatı çərçivəsində XİN rəhbərlərinin görüşü başladı - FOTO/VİDEO

Hazırda oxunan: İranda "3+3" formatı çərçivəsində XİN rəhbərlərinin görüşü başladı - FOTO/VİDEO
161162
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tehranda "3+3" formatı çərçivəsində xarici işlər nazirlərinin iclası başlayıb.

Bizim.Media  xəbər verir ki, iclasda İran, Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərləri iştirak edir.

Toplantıda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. İclasda eyni zamanda Türkiyə, Rusiya, İran, Ermənistan xarici işlər nazirləri Hakan Fidan, Sergey Lavrov, Hüseyn Əmir Abdullahiyan və Ararat Mirzoyan iştirak edir.

Görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə edilir.

Qeyd edək ki, Gürcüstan da “3+3” formatına daxildir. Lakin rəsmi Tbilisi Tehran görüşündə iştirak etmir. Gürcüstan “3+3” formatının ötən il Moskvada baş tutan ilk görüşündə də iştirak etməyib.

 



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO