HƏMAS 100-dən çox israillini girov saxlayır

HƏMAS 100-dən çox israillini girov saxlayır

Hazırda oxunan: HƏMAS 100-dən çox israillini girov saxlayır

158949

Fələstinin HƏMAS radikal təşkilatı Qəzza zolağında 100-dən çox israillini girov saxladığını bildirib.

Bizim.Media İnterfaks-a istinadən xəbər verir ki, bunu təşkilatın liderlərindən biri olan Musa Əbu Mərzuk deyib.

Onun sözlərinə görə, HƏMAS silahlıları, xüsusilə yüksək rütbəli hərbi rəhbərləri əsir götürüblər.

Bundan əvvəl “İslami Cihad” hərəkatı 30-dan çox İsrail vətəndaşının əsirlikdə olduğunu bildirmişdi.

Qeyd edək ki, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumu nəticəsində çoxlu sayda insan həlak olub. Ölkədə “müharibə vəziyyəti” elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO