Zamiq Hüseynov şəhid övladları üçün oxudu - FOTO/VİDEO

Zamiq Hüseynov şəhid övladları üçün oxudu - FOTO/VİDEO

Hazırda oxunan: Zamiq Hüseynov şəhid övladları üçün oxudu - FOTO/VİDEO

152929

“Fire Land Group”un təşkilatçılığı ilə müğənni Zamiq Hüseynovun şəhid övladları ilə birgə ifa etdiyi “Mənim atam qəhrəmandır” nəğməsinə çəkilən klipin təqdimat mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, musiqisi Cəlal Qurbanov, sözləri Xanım İsmayılqızına məxsus, rejissorluğu isə Vüsal Hacı Qadirə məxsus ekran işi bir ay ərzində ərsəyə gəlib. 

Klipin qəhrəmanları və mahnının ifaçıları həyatlarının baş rolunu oynayan, Azərbaycanın müxtəlif bölgələrindən olan şəhid övladlarıdır.

Tədbirə şəhid ailələri ilə yanaşı, mədəniyyət və incəsənət nümayəndələri, ictimai şəxslər, millət vəkilləri və media nümayəndələri qatılıb.

Qonaqlar arasında yenicə "Şərəf" ordeninə layiq görülən müğənni Akif İslamzadə, yazıçılar Anar Rzayev, Ramiz Rövşən, Xalq artistləri Alim Qasımov, Nəzakət Teymurova, Əməkdar artist Gülüstan Əliyeva, "Avroviziya" təmsilçilərimizdən olan Elnur Hüseynov, xanəndə Mirələm Mirələmov, müğənni Çinarə Məlikzadə, gecənin əsas səbəbkarlarından olan Zamiq Hüseynov yer alıb.
Gecədə Zamiq Hüseynov şəhid övladları ilə birlikdə səhnəyə çıxaraq "Mənim atam qəhrəmandır" mahnısını birgə səsləndirib.
 




















Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO